Tovuz rayonunda kütləvi zəhərlənmə olub.
Bizim.Media xəbər verir ki, 21 nəfər dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Müraciət edənlər içərisində 2 və 3 yaşlı uşaqlar da var.
Zərərçəkənlər Qovlar şəhərində közdə bişən dönərdən zəhərləndiklərini bildiriblər.
Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxda isə 18 nəfər dönərdən zəhərlənmişdi.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media