"Su ilə bağlı təbii fəlakətlərdən daha çox qadınlar əziyyət çəkir" – Nazir müavini

"Su ilə bağlı təbii fəlakətlərdən daha çox qadınlar əziyyət çəkir" – Nazir müavini

Hazırda oxunan: "Su ilə bağlı təbii fəlakətlərdən daha çox qadınlar əziyyət çəkir" – Nazir müavini

216283

“İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur. Hesablamalara görə, iqlim dəyişikliyinin 90 %-ə qədər fəsadları su vasitəsilə təbiət və insanlara ötürülür”.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29-Azərbaycan üzrə baş icraçı direktor, AR energetika nazirinin müavini Elnur Soltanov "Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dənizlərin, Xəzər və Urmiya göllərinin səviyyəsinin,  şirin suların azalması, qasırğalar və bütün bunlar su ilə əlaqədar məsələlərdir.

Nazir müavini suyla bağlı təbii fəlakətlərdən daha çox qadınların əziyyət çəkdiyini bildirib:

"Təbii fəlakətlər zamanı, məsələn, tufanlar baş verəndə, qadınlar daha çox həyatını itirir. Bu problemlər cəmiyyətləri, xüsusilə də ən zəif qrup olan qadınları daha çox təsirləndirir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO