Tovuzda dönərdən zəhərlənmə faktı ilə bağlı araşdırma BAŞLANDI

Tovuzda dönərdən zəhərlənmə faktı ilə bağlı araşdırma BAŞLANDI

Hazırda oxunan: Tovuzda dönərdən zəhərlənmə faktı ilə bağlı araşdırma BAŞLANDI

216259

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı  rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

 Tovuzda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanalıq oldu - ADLAR


Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO