Amerikalı basketbolçudan Azərbaycanla bağlı AÇIQLAMA: "Sülhsevər ölkədir"

Amerikalı basketbolçudan Azərbaycanla bağlı AÇIQLAMA: "Sülhsevər ölkədir"

Hazırda oxunan: Amerikalı basketbolçudan Azərbaycanla bağlı AÇIQLAMA: "Sülhsevər ölkədir"

216150

"Şəkini sevirəm. İnsanları çox mehribandır. Komandanın oyunçuları bir-birinə qarşı hörmətcildir. Ola bilər ki, nə vaxtsa yenidən bu kluba qayıdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri ötən mövsüm "Şəki"də çıxış etmiş Haiti əsilli amerikalı basketbolçu Vebster Simeus klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Hazırda Danimarkanın FOQ komandasının formasını geyinən oyunçu Azərbaycanın sülhsevər və sakit ölkə olduğunu bildirib: “Gəlib bunu gözlərimlə gördüm. Bir çox oyunçu da buraya gəlməyimi məsləhət gördü. Lakin mövsüm bitdikdən sonra 1 illik müqaviləm başa çatdığı üçün klubdan ayrılmalı oldum. Ola bilər ki, nə vaxtsa yenidən "Şəki"yə qayıdım. Ölkənizdə oynayan amerikalı basketbolçulardan da tanıdıqlarım var idi. "Sabah" və "Gəncə"də çıxış edən bir basketbolçu ilə kollec vaxtından tanış idim”.

V.Simeus Şəkidə yaşamağın ona problem yaratmadığını söyləyib: “Mənim oxuduğum universitetin yerləşdiyi şəhər də Şəkiyə bənzəyir. Ona görə də burada çox çətinlik çəkmədim”.

Azərbaycandan əvvəl Yunanıstan və Fələstində oynayan basketbolçu bu ölkələrin liqaları arasındakı fərqdən də danışıb: “Yunanıstanda çempionat daha aqressiv keçir. Orada əksər basketbolçuların boyu çox hündür olur”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2024/2025-ci illər mövsümü oktyabrın 18-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO