İşdən qayıdan Oğuz sakini motosikletin sürət həddini artırsa da sonrakı prosesləri idarə edə bilməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yemişənli kənd sakini Sakit Məmmədxanov işdən qayıdarkən idarə etdiyi motosikletin sürət həddini artırıb.
Bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Sürücü xəsarət aldığından kənd sakinlərinin köməyi ilə o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sakit Məmmədxanov xəstəxanada müayinə edilib, müalicələri aparılır.
Baş verən hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu