ABŞ analitikindən Milli Məclisin TƏKLİFİNƏ DƏSTƏK – “USAİD-in yardımları terrorçuların əlinə keçir” – ÖZƏL

ABŞ analitikindən Milli Məclisin TƏKLİFİNƏ DƏSTƏK – “USAİD-in yardımları terrorçuların əlinə keçir” – ÖZƏL

Hazırda oxunan: ABŞ analitikindən Milli Məclisin TƏKLİFİNƏ DƏSTƏK – “USAİD-in yardımları terrorçuların əlinə keçir” – ÖZƏL

216000

“Təəssüf ki, Dövlət Departamentində sanksiyaların tətbiqi üçün müstəqil yoxlama prosesi yoxdur. Departament sanksiyaların harada tətbiq edilməli olduğu barədə məlumat vermək üçün ya insan hüquqları üzrə QHT-lərə, ya da Konqres üzvlərinə etibar edir. Bu səbəbdən, Dövlət Departamentinin mütləq pis niyyəti olduğu üçün deyil, prosesin özü qüsurlu və etibarsız olduğu üçün bunu manipulyasiya etmək asandır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib. ABŞ-ın 60 konqresmeninin Dövlət Departamentinə Azərbaycanla bağlı müraciətini şərh edən analitik, Qərbin ikiüzlü siyasət yürütdüyünü də təsdiqləyib.

“Həmin konqresmenlər erməni lobbisinin üzvləridir”

“Konqres üzvlərinin lobbilərdən asılı olduğu məlumdur. 60 nəfərdən ibarət bu qrupun əksəriyyəti ya nüfuzlu erməni lobbisinin üzvləridir, ya da onlar erməni lobbisi tərəfindən satın alınıblar. Bu cür lobbi səylərinə qarşı durmağın yeganə yolu oxşar resurslarla ona qarşı dura biləcək bir qurum yaratmaq və ya alternativ olaraq həmin qrupu parçalamaq, o cümlədən onların vahid blok kimi səs vermələrini çətinləşdirmək yollarını tapmaqdır. Başqa bir ehtimal isə ABŞ-dakı erməni lobbiçilərini ictimaiyyət qarşısında gözdən salmaqdır ki, Konqres üzvlərinin onlarla əlaqədə olması böyük reputasiya riskinə çevrilsin”, - deyə İ.Tsukerman deyib.

USAİD terrorçulara yardım edib?

Bakıda USAİD-in fəaliyyətini dayandırması ilə bağlı deputatların XİN-ə müraciətini şərh edən Tsukerman, bunun düzgün addım olduğunu deyib.

“Təəssüf ki, hazırkı administrasiya USAİD-ə rəhbər kimi siyasi hakerləri təyin etdi. USAİD əvvəlki illərdə də qalmaqallarla üzləşib, çünki onlar tez-tez radikal ideoloji meyllərə malik fəal işçiləri işə götürürüblər. Həmçinin USAİD-in yardımın hara getdiyini yoxlamaq üçün lazımi prosesləri də yoxa çıxıb. Bundan əlavə, onlara ayrılan yardımın müxtəlif ölkələrdəki terrorçu qrupların əlinə keçməsi halları da baş verib”, - deyə analitik qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO