“Qoca” ləqəbli avtoritetin cinayət işinin izi ilə - YENİ DETALLAR

“Qoca” ləqəbli avtoritetin cinayət işinin izi ilə - YENİ DETALLAR

Hazırda oxunan: “Qoca” ləqəbli avtoritetin cinayət işinin izi ilə - YENİ DETALLAR

21598

Şirvanda 6 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçü Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Məlumata görə, Şirvan Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Kakavan Kavus Zəfər oğlunun - ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılan cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalayev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Qeyd edək ki, qətlə yetirilən Elvin Naciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Hadisə 2015-ci il noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Naciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Hadisədən sonra Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu, Hacıqabul rayon sakini Məhəmməd Heydərov, Etibar Məmmədov saxlanılıb.

Xatırladaq ki, E.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçıb, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO