Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə 6-cı Dünya Media Sammiti işə başlayıb.
Bizim.Media Azərtaca-a istinadən xəbər verir ki, “Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumu, müvafiq dövlət orqanından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
“Süni intellekt və medianın transformasiyası” devizi altında keçirilən sammitə Azərbaycan mediasının nümayəndələri də qatılıb.
Bizim.Media