İlham Əliyevin ABŞ Prezidentinin müşaviri ilə söhbəti Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

İlham Əliyevin ABŞ Prezidentinin müşaviri ilə söhbəti Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

Hazırda oxunan: İlham Əliyevin ABŞ Prezidentinin müşaviri ilə söhbəti Gürcüstan mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ

21582

Gürcüstanın aparıcı “interpressnews.ge” “report.ge” informasiya portalları, eləcə də, “1tv.ge” televiziya kanalı ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənginə dair məqalə dərc ediblər.

Bizim.Media xəbər verir ki, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda qeyd olunub ki, tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib.

Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qalması barədə fikirləri yer alıb.

Bundan başqa, mətbuatda Prezident İlham Əliyevin Ermənistanın destruktiv mövqeyi barədə fikirlərinə də diqqət çəkilir.

Bildirilir ki, Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO