Lukaşenko Avropa İttifaqının qara siyahısına salındı

Lukaşenko Avropa İttifaqının qara siyahısına salındı

Hazırda oxunan: Lukaşenko Avropa İttifaqının qara siyahısına salındı

2157

Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.

Bizim.Media RİA Novosti-yə istinadla bildirir ki, Avropa İttifaqı  Belarus prezidentini müxalifətin və dinc nümayişçilərin repressiyasında, həmçinin jurnalistlərin hədələnməsində günahlandırır.

Bundan başqa qurum ölkədəki prezident seçkiləri ilə əlaqədar qara siyahını da genişləndirib.

Agentliyin məlumatına görə, siyahıya Lukaşenkodan əlavə 14 məmur daxil edilib.

Siyahıdakı bütün şəxslərin Aİ-yə getməsi qadağan ediləcək və birlik ərazisindəki aktivləri dondurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO