Bakıda daha bir restoranda saxta spirtli içkilər aşkarlandı – FOTO

Bakıda daha bir restoranda saxta spirtli içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: Bakıda daha bir restoranda saxta spirtli içkilər aşkarlandı – FOTO

215157

Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. 
 

Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik "Zerno" əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik "Verba" əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik "Finlandiya" əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik "President" əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib. 


Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO