Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu, Sunniya Durrani-Camaldır.
O, bu gün AİB-in Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sasseks Universitetindən iqtisadiyyat (insan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir.
O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Kandays MakDiganı əvəz edib.
Bizim.Media