Rasim Məmmədovun bacanağının intiharının İZİ İLƏ – ÖZƏL TƏFƏRRÜATLAR 

Rasim Məmmədovun bacanağının intiharının İZİ İLƏ – ÖZƏL TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Rasim Məmmədovun bacanağının intiharının İZİ İLƏ – ÖZƏL TƏFƏRRÜATLAR 

21480

4 ay əvvəl hüquq mühafizə orqanları tərəfindən həbs edilən “Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov ötən gün intihar edib.

Bununla bağlı iş adamı, sabiq deputat Nazim Bəydəmirli Bizim.Media-ya məlumat verib.

Rasim Məmmədovun bacanağının intihar xəbərini ona iş adamı olan dostu bildirib. Dediyinə görə intihar edən Elşən Rəhimovu əvvəllər Rasim Məmmədov yanına işə götürüb. Hansısa səbəbdən onların yolları ayrılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Məmmədovu cəzalandıran kimdir? - Zərərçəkmişdən yeni İDDİALAR


Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti qurub. Amma Rasim Məmmədov bacanağının karyerasını bitirmək və onu linç etməkdən çəkinməyib. Hətta işi o yerə çatdırıb ki, bacanağını həyat yoldaşından ayırmağa da müvəffəq olub. 

Rasim Məmmədov həbs olunandan sonra bacanağı Bakıya gəlib və ailəsi ilə barışmaq istəyib. Amma hüquq-mühafizə orqanları Elşən Rəhimovun Rasim Məmmədovla iş birliyi olduğunu zənn edərək onu həbs ediblər. Boşanma sənədi və şahidlərin ifadəsindən sonra Elşən Rəhimov azadlığa buraxılıb. 

Elşən Rəhimov keçmiş həyat yoldaşına sonuncu dəfə barışmaq və xaricə yanına aparmasını təklif etsə də, qadın yola gəlməyib. Beləliklə Rasim Məmmədovun bacanağı öz anasının evində özünü asıb. 

Nazim Bəydəmirliyə bu barədə məlumat verən dostu onu da əlavə edib ki, Elşən Rəhimovla bir neçə ay əvvəl görüşüblər. O, intihar edənin çox yaxşı insan olduğunu ifadə edib.   
 

Xatırladaq ki, Rasim Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.


Yazıda adları çəkilən şəxslərin və ya onların yaxınlarının da münasibətini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO