Lənkəranda ustaların hündürlükdən yıxılması faciə ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.
Usta, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və Lənkəran rayon Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov ev təmiri zamanı qurduqları hündür ayaqaltıdan yıxılıblar.
Ağır xəsarət alan ustalar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Komaya düşən R.Zülfüqarovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı İ.Səfərov isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Dünya
21:11 / 04.10.2024
Lənkəranda ustaların ehtiyatsızlığı faciə ilə NƏTİCƏLƏNDİ
Hazırda oxunan: Lənkəranda ustaların ehtiyatsızlığı faciə ilə NƏTİCƏLƏNDİ
Hazırda oxunan: Lənkəranda ustaların ehtiyatsızlığı faciə ilə NƏTİCƏLƏNDİ
214605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.