Moskvada səfirliyimiz qarşısında soydaşımız öldü

Moskvada səfirliyimiz qarşısında soydaşımız öldü

Hazırda oxunan: Moskvada səfirliyimiz qarşısında soydaşımız öldü

21458

Mayın 17-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Səfirlikdən Bizim.Media-ya bildiriblər ki, konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Bununla əlaqədar dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün edib.

Ölüm səbəbinin öyrənilməsi məqsədilə səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət ünvanlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO