"Kurtlar Vadisi"nin Poladı boşandı - 16 min aliment ödəyəcək

Hazırda oxunan: "Kurtlar Vadisi"nin Poladı boşandı - 16 min aliment ödəyəcək

21454

Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialının qəhrəmanı Polat Alemdar (Necati Şaşmaz) həyat yoldaşı Nagehan Şaşmazdan boşanıb.

Bizim.Media xəbər verir ki, cütlüyün iki övladı var.

Məhkəmə uşaqlara ayda 16 min TL (3 200 AZN) aliment ödənilməsi barədə hökm çıxarıb.

Bildirilib ki, 2019-cu ilin fevralında Nagehan Şaşmaz 2 uşağına görə Necati Şaşmaza qarşı 10 milyon TL-lik vərəsəlik hüququ və boşanma iddiası məhkəməyə müraciət edib.

Şaşmazın psixoloji, fiziki təzyiqlərinə və cinsi zorakılığına məruz qaldığını iddia edən Nagehan Şaşmaz 20 milyon TL təzminat, özü və iki uşağına cəmi 60 min TL aylıq aliment tələb etmişdi.

Qeyd edək ki, cütlük  2012-ci ildə ailə qurmuşdular.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO