Oktyabrın 4-də Vətən müharibəsi ərəfəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 4 il ötür.
Bizim.Media xəbər verir ki, düşmənin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində ikimərtəbəli yaşayış binasına və fərdi yaşayış evlərinə düşüb.
Nəticədə bir nəfər şəhid olub, 32 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də xeyli ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:05 / 04.10.2024
Ermənilərin Gəncəyə ilk raket zərbəsindən 4 il keçir
Hazırda oxunan: Ermənilərin Gəncəyə ilk raket zərbəsindən 4 il keçir
Hazırda oxunan: Ermənilərin Gəncəyə ilk raket zərbəsindən 4 il keçir
214471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.