Rusiya Baş naziri İrəvana hansı mesajlarla GƏLİB? – Səfərin PƏRDƏARXASI

Rusiya Baş naziri İrəvana hansı mesajlarla GƏLİB? – Səfərin PƏRDƏARXASI

Hazırda oxunan: Rusiya Baş naziri İrəvana hansı mesajlarla GƏLİB? – Səfərin PƏRDƏARXASI

214033

Rusiyanın Baş naziri Mixail Mişustin İrandan birbaşa Ermənistana işgüzar səfərə gəlib. O, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?


Qeyd edək ki, Rusiya Baş nazirinin və ya onun müavininin hər il sentyabr ayında Ermənistana səfəri adət halını alıb. Səfərlərin əsas məqsədinin isə Ermənistan büdcəsinin formalaşdırılması ilə bağlı olduğu qeyd olunur.

Budəfəki səfər nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Rusiya Baş naziri Mixail Mişustinin Ermənistana səfəri bu ölkəyə nəzərdə tutulan ikitərəfli dövlətlərarası münasibətlərlə bağlı səfər deyil:

“O, İrəvana Tehrandan gəlib. Yəni əslində Mişustin birbaşa görüşlər üçün İrana gedib və burada Tehranla Moskva arasındakı münasibətləri müzakirə edib. İrəvanda isə Avrasiya İqtisadi İttifaqın toplantısı keçirilir. Mişustin də İrəvana məhz bu toplantıda iştirak etmək üçün gəlib. Yəni bu səfər ayrıca olaraq Ermənistana həsr olunan səfər deyil. Rusiya Aİİ-də aparıcı mövqe tutur. Rusiya Aİİ toplantılarında əksər hallarda Prezident Putinlə təmsil olunur”. 

Bununla belə, ekspertə görə, səfər çərçivəsində bağlı qapılar arxasında Moskva ilə İrəvan arasındakı narazılıqlar və Rusiyanın Ermənistandan gözləntiləri də ola bilsin Mişustin tərəfindən qaldırılıb:

“Mişustinin Ermənistanla özəlliklə iqtisadi məsələlərlə bağlı hansısa müzakirələr aparması ehtimalı da böyükdür”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO