Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq - RƏSMİ

Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq - RƏSMİ

Hazırda oxunan: Bakıda velosiped yollarının uzunluğu 251 km-ə çatacaq - RƏSMİ

21366

“Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası həm Bakının Baş Planında, eyni zamanda da BNA-nın strateji inkişaf planında öz əksini tapıb”.

Bizim.Media xəbər verir ki, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, velosiped sahələri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir:

“Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO