Bu musiqiçi eyni anda iki Ginnes rekordunu qırdı

Bu musiqiçi eyni anda iki Ginnes rekordunu qırdı

Hazırda oxunan: Bu musiqiçi eyni anda iki Ginnes rekordunu qırdı

213581

33 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı və soyadı - Abel Makkonen Tesfaye) iki Ginnes rekordu qıraraq dünyanın ən populyar sənətçisi olub.

 

Sfera.az bildirir ki, Efiopiya əsilli musiqiçi rəsmi olaraq dünyanın ən populyar sənətçisi olub.

 

“Starboy" sənətçisi 111,6 milyon ilə Spotify-da ən çox dinləyicisi olan Ginnes tituluna sahibdir. Eyni zamanda bu onu axın platformasında aylıq 100 milyon dinləyiciyə çatan ilk sənətçi edir.

 

Onun Spotify dinləyicilərinin sayı hətta aylıq 82,3 milyon dinləyicisi olan Miley Cyrus, Shakira (81,7 milyon), Taylor Swift (80,3 milyon) və Rihanna (78,2 milyon) da daxil olmaqla digər məşhur sənətçiləri də geridə qoyur.

 

Aynil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO