Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir”

Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir”

213347

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir. Biz qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin olunmasının tərəfdarıyıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Ərdoğan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən görüş zamanı Ankaranın Azərbaycanla sülh sazişinin tezliklə bağlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib:

“Türkiyə onsuz da bunun üçün çalışır. Ümid edirik ki, məsələləri həll etməklə və Azərbaycanla Ermənistan arasında olan çətinlikləri aradan qaldırmaqla biz yeni yola qədəm qoyacağıq. Biz Ermənistanın oxşar yanaşmasının şahidi olduq. Türkiyə isə öz tərəfindən hesab edir ki, sülh mühiti Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açaraq, bütün tərəflərin maraqlarına cavab verəcək”.

O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşmasının Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına təkan olacağına əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO