Xəzərdə qanunsuz ov edənlər SAXLANILDI

Xəzərdə qanunsuz ov edənlər SAXLANILDI

Hazırda oxunan: Xəzərdə qanunsuz ov edənlər SAXLANILDI

213143

Xəzər dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Məlumata görə, araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar Əliyev, Sehran Bəşirov və Fizuli Quliyev olduğu müəyyən edilib.


Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO