Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

212934

Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə sinif otaqlarını bit-birə basıb və məktəbdə dərmanlama işləri aparılıb.

Bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.

Valideynlər iddia edirlər ki, sentyabrın 23-də dərman səpiləndən sonra uşaqların bəzisi zəhərlənib.

Valideynlər məktəbin rus bölməsinin 6K sinfinin şagirdinin Sumqayıt şəhər xəstəxanasına aparıldığını və şagirdin kimyəvi maddədən zəhərləndiyini deyirlər. Onların sözlərinə görə,  bundan sonra direktor bit-birə basmış korpusu bağlayıb, şagirdləri digər korpusa, ikinci növbəyə keçirib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, məsələ araşdırılır:

“Hazırda idarə əməkdaşları məktəbdədirlər, araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Zəhərlənən şagirdlərlə bağlı isə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB ) sorğu ünvanladıq.







Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO