"20 Yanvar" metrostansiyasının yeraltı keçidində ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar bu dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Sahibkarlar bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova səsləniblər.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, 30 avqust 2024-cü il tarixdən "20 Yanvar" dairəsi ərazisində yerləşən yeraltı keçiddə 26 il fəaliyyət göstərən "Klassik-Aİ" MMMin ticarət fəaliyyəti Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən dayandırılıb.
Sahibkarlar fəaliyyətlərinin bərpa olunması üçün müvafiq qurumlara müraciət etsələr də, bu günə qədər heç bir qurumdan işin hansı səbəbdən dayandırılması barədə nə rəsmi sənəd, nə də məlumat ala biliblər. Müraciətdə qeyd olunur ki, fəaliyyətlərini bərpa etmək istəyən sahibkarlar polis orqanlarının müqaviməti ilə rastlaşırlar:
“Müraciət etdiyimiz qurumlardan, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən bizə müvafiq olaraq məhkəməyə müraciət etmək tövsiyə olunur. Başqa çıxış yolumuz qalmadığına görə işimizi dayandıran bir qurum kimi Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentini və Bakı şəhər Baş Polis İdarəsini məhkəməyə vermək məcburiyyətindəyik. Bir daha xahiş edirəm, nəzərə alasınız ki, biz bir neçə gün ərzində fəaliyyətimizi bərpa edərək işə başlamaq istəyirik. Ölkəmizdə ictimai-siyasi sabitliyin, kriminal durumun, asayişin keşiyində duran bir qurumun sahibkarlar tərəfindən məhkəməyə verilməsini biz heç də etik cəhətdən normal hesab etmirik. Lakin buna baxmayaraq, əgər yenə bir maneəçilik törədilərsə, biz həmin qurumları - Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentini və Bakı şəhər Baş Polis İdarəsinı məhkəməyə verməli olacağıq”, - deyə müraciətdə qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 24.09.2024
Sahibkarlar məhkəməyə müraciət edir -ŞİKAYƏT
Hazırda oxunan: Sahibkarlar məhkəməyə müraciət edir -ŞİKAYƏT
Hazırda oxunan: Sahibkarlar məhkəməyə müraciət edir -ŞİKAYƏT
212933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.