“Barselona”nın qapıçısı əməliyyat olundu

“Barselona”nın qapıçısı əməliyyat olundu

Hazırda oxunan: “Barselona”nın qapıçısı əməliyyat olundu

212871

"Barselona"nın qapıçısı Mark Andre ter Ştegen əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, La Liqanın 6-cı turunun "Vilyarreal"la matçında (5:1) dizinin çarpaz bağı qopan alman qolkperin əməliyyatı bu gün baş tutub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı "əlcək sahibi" uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Təcrübəli qapıçı üçün mövsümün başa çata biləcəyi də ehtimal olunur.

Qeyd edək ki, Mark Andre ter Ştegen 2014-cü ilin yayından "Barselona"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 7 rəsmi matçda iştirak edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO