“Sərhədləri tez açmaq, turistləri ölkəmizə cəlb etmək lazımdır” – DEPUTATDAN TƏKLİF

“Sərhədləri tez açmaq, turistləri ölkəmizə cəlb etmək lazımdır” – DEPUTATDAN TƏKLİF

Hazırda oxunan: “Sərhədləri tez açmaq, turistləri ölkəmizə cəlb etmək lazımdır” – DEPUTATDAN TƏKLİF

21275

“Çernoqoriya və Yunanıstan sərhədlərini tam açaraq turustləri qəbula hazırlaşır. Gürcüstan da gələn ay açılır. Çernoqoriya isə ağıllı hərəkət edir, gələnlərdən kovid-test tələb etmir, qayıdan turistlərə isə ölkələrinin tələb ertdiyi tərzdə pulsuz testlər təşkil edəcək. Yəni təki turistlər gəlsin, pul xərcləsin, hotellər, restoranlar işləsin, insanlara iş yeri yaransın”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Razi Nurullayev özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycanın bir çox rayonlarında hotellər bağlanıb, restoranlar, istirahət mərkəzləri sıradan çıxıb, toyların olmaması isə iqtisadiyyatı xeyli geri salıb (başqa ölkələrdə zavod, fabrik, istehsalat iqtisadiyyatın hərəkətverici qüvvəsidir, bizdə isə nə edək ki, toylardır), yüz minlərlə iş yeri bağlanıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Bir ölkədə iki səhiyyə qurumu ola bilməz” – Deputatdan ETİRAZ


“Bizə digər ölkələrə nisbətən sərhədləri daha tez açmaq, turistləri daha cəlbedici şərtlərlə dəvət etmək, test-filan istəməmək, yalnız qızdırması olanları yoxlamaq lazımdır.

Geri dönənlərə də Çernoqoriya kimi pulsuz test imkanları yaratmalıyıq. O turist burada o testin pulundan on dəfə çox xeyir verəcək. 

Biz dövlətik və dövlət kimi düşünməyə borcluyuq. Dövlət gərək vətəndaşı kimi düşünməsin. Bizdə hamı bir gündə və nəğd yolla varlanmaq istəyir. Dövlət də belə düşünsə, nə iqtisadiyyat olacaq, nə iş yeri, nə də inkişaf.

On minlərlə insan isə iş yeri və dolanışıq tələb edir! İndi nə edək? Gözləyək ki, hamı açsın sərhədlərini, turistləri cəlb etsin, bizdə onların uğurlarını oxuyaq? Vətəndaşlar da iş yeri üçün və dolanışıq üçün qapılarımızı döyməkdə və tələb etməkdə davam etsinlər... Deyək ki, dözün, yaz gələr yonca bitər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından...

Məsələ burasındadır ki, quraqlıqdır, qora günəşin altında yanıb, daha cücərməyəcək, tut ağacları da susundan yanır, ipəkqurdları da istiyə dözməyib ölürlər...

Gözləmək yox, hərəkət etmək zamanıdır!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO