Razi Nurullayev:

Razi Nurullayev: "Zəngəzur və Göyçənin dövlət atributlarını yaratmaq lazımdır"

Hazırda oxunan: Razi Nurullayev: "Zəngəzur və Göyçənin dövlət atributlarını yaratmaq lazımdır"

21274

“Diaspor da daxil olmaqla, Ermənistanın siyasi və hərbi dairələrinin verdiyi açıqlamalar xalqlar arasında birlik, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə ziddir. Azərbaycan tərəfi nə qədər konstruktiv addımlar atsa da, Ermənistan tərəfi qarşıdurmanı dərinləşdirməyə davam edir. Əslində, onlar Azərbaycan torpaqlarının otuz illik işğalı, şəhər və kəndlərimizin dağıdılması üçün üzr istəməlidirlər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Razi Nurullayev haqqin.az saytına açıqlamasında deyib.

“Təəssüf ki, bunun əvəzinə ermənilər yalan və böhtan siyasətini davam etdirirlər, Fransa kimi bir dövləti öz məkrli planlarının alətinə çevirirlər. Onlara dostluq əlini dəfələrlə uzatmışıq. Prezident İlham Əliyev dəfələrlə əməkdaşlıq və birlikdə yaşamaq barədə açıqlamalar verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rüşvətxorluğu ağıllı şəkildə edənlər var ki, audit güclə nəsə tapır” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA - VİDEO 


Ermənistan buna məhəl qoymur. Ermənilərin ağlı zəhərlənib, onlar bu siyasətin dirijorlarına çevrilib.

Göründüyü kimi, Qarabağ münaqişəsini hərbi yolla həll etdiyimiz kimi, Zəngəzur dəhlizi məsələlərini də zorla həll etməli olacağıq.

Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürür, lakin Ermənistanın indiki ərazisi qədim Azərbaycan torpağıdır. Azərbaycan dövləti Zəngəzur və Göyçəyə ərazi iddiaları irəli sürməli, lazımi hüquqi addımları atmalıdır.

Bununla əlaqədar olaraq artıq bəzi addımlar atılıb, ancaq bu, Ermənistana bir fakt təqdim etmək üçün dövlət səviyyəsində həyata keçirilməlidir.

Onların özlərinə gəlməsini və sakit qonşu olmasını gözləmək üçün çox vaxt keçəcək və iştahaları yenidən böyüyəcək.

Hələlik gec deyil, Zəngəzur və Göyçənin dövlət atributlarını yaratmaq və ya mövcud təşkilatlara dəstək vermək lazımdır”, deyə Razi Nurullayev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO