Sentyabrın 22-də “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində Samux rayonunda “Ümumdünya Avtomobilsiz Günü” münasibətilə veloyürüş keçirilib.
Bizim.Media xəbər verir ki, yürüş rayonun Heydər Əliyev Prospektidən Samux şəhər parkına doğru davam edib. Yürüşdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veloyürüş həvəskarları, gənclər və rayon sakinləri iştirak ediblər.
Yürüşün keçirilməsində məqsəd rayon əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə verməkdir.
Yürüş yekununda qaliblərə Fəxri Fərman və qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” (World Car Free Day) keçirilir. Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir.
Bizim.Media