26 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs qəti olaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.
Prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən həyata keçirilmiş məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəmnində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:44 / 19.09.2024
26 il əvvəlki cinayət hadisəsinə YEKUN vuruldu - Arvadını qətlə yetirən ərə 17 il HƏBS verildi
Hazırda oxunan: 26 il əvvəlki cinayət hadisəsinə YEKUN vuruldu - Arvadını qətlə yetirən ərə 17 il HƏBS verildi
Hazırda oxunan: 26 il əvvəlki cinayət hadisəsinə YEKUN vuruldu - Arvadını qətlə yetirən ərə 17 il HƏBS verildi
212162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.