Azərbaycanda 45 mindən çox qadın işlə TƏMİN EDİLİB

Azərbaycanda 45 mindən çox qadın işlə TƏMİN EDİLİB

Hazırda oxunan: Azərbaycanda 45 mindən çox qadın işlə TƏMİN EDİLİB

211947

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2024-cü ilin 8 ayında 35 min 645 qadın işlə təmin olunub.

Bizim.Media xəbər verir ki, agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların kiçik sahibkarlığa çıxışında əhəmiyyətli rola malikdir.

Həmin proqram üzrə bu il daha 3176 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.

Digər mühüm istiqamət olaraq bu il 7 minə yaxın qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib. Peşə kurslarını uğurla başa vuran qadınların işlə təmin olunmasına dəstək göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO