Gürcüstanda LGBT-nin təbliğatı qanunla QADAĞAN EDİLDİ

Gürcüstanda LGBT-nin təbliğatı qanunla QADAĞAN EDİLDİ

Hazırda oxunan: Gürcüstanda LGBT-nin təbliğatı qanunla QADAĞAN EDİLDİ

211905

Gürcüstan parlamenti bu gün keçirilən plenar iclası zamanı ölkədə LGBT təbliğatını, eləcə də cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, qanun layihəsi 84 səs çoxluğu ilə yekdilliklə qəbul olunub.

Qanun imzalanması üçün ölkə Prezidenti Salome Zurabişviliyə göndəriləcək.  

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO