Şirvanda adam oğurluğu - İki nəfər  saxlanıldı - FOTO

Şirvanda adam oğurluğu - İki nəfər  saxlanıldı - FOTO

Hazırda oxunan: Şirvanda adam oğurluğu - İki nəfər  saxlanıldı - FOTO

21167

Şirvanda axtarışda olan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.

Eyvaz Nəzərov cari ilin fevral ayında qohumu İmran Hüseynov və tanışı Rahil Manafov ilə qabaqcadan əlbir olaraq Şirvan şəhəri ərazisində baş vermiş adam oğurluqu hadisəsini törədib.

Dəstənin üzvü, Hacıqabul rayon sakini Manafov Rahil Sahil oğlu cinayət hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO