Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha bir məktəbin yeni binası istifadəyə verildi – FOTO

Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha bir məktəbin yeni binası istifadəyə verildi – FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha bir məktəbin yeni binası istifadəyə verildi – FOTO

211663

Şamaxıda şəhid Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbinin açılışı baş tutub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəb ötən müddət ərzində köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb. 

Məktəbin Heydər Əliyev Fondu tərəfindən inşa olunan 460 şagird yerlik yeni binası artıq şagird və müəllimlərin istifadəsinə verilib.

3 korpusdan ibarət 2 mərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib. 




















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO