Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub.
Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media