Daha bir deputatlığa namizədin şikayətini TƏMİN EDİLMƏDİ

Daha bir deputatlığa namizədin şikayətini TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: Daha bir deputatlığa namizədin şikayətini TƏMİN EDİLMƏDİ

211456

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 14-də keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Dadaşovun şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərov bildirib.

O bildirib ki, şikayətçi seçki dairəsi üzrə bütün seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib:

"Namizəd seçkiqabağı təşviqat kampaniyasında və seçki günündə qanunsuz halların baş verdiyini iddia edib. O, müraciətinə sənədlər, fotoşəkillər və 37 videogörüntü də əlavə edib".

Dairə seçki komissiyası şikayətçinin iddia etdiyi qanun pozuntularının təsdiqini tapmadığını müəyyən edib. Yəni seçicilərin iradəsinə zidd hallarla rastlanmadığı üçün şikayət təmin edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO