Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet Qərb ölkələrinə Ukraynada dirçələn nasist rejiminə qarşı ikinci cəbhə açmağı təklif edib.
Bizim.Media Rusiya mətbuatına istinadən bu barədə xəbər verir.
“Mən ağıllı Qərb elitalarına Ukraynada yenidən dirçəlmiş nasistlərə qarşı ikinci cəbhə açmağı təklif edirəm, hansı ki, bunu cəsarətli əcdadlar artıq ediblər”, - o, bildirib.
Şeremet onu da qeyd edib ki, Qərb Rusiyaya hücumlar üçün Ukraynanı silahla təmin etməklə əslində dünyanı üçüncü dünya müharibəsinin astanasına gətirib.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov daha əvvəl demişdi ki, amerikalı siyasətçilər Ukrayna münaqişəsinin hər iki tərəfində slavyanların həlak olmasından məmnundurlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:00 / 14.09.2024
Rusiyalı deputat Qərbi Ukraynada nasistlərə qarşı ikinci cəbhə açmağa çağırıb
Hazırda oxunan: Rusiyalı deputat Qərbi Ukraynada nasistlərə qarşı ikinci cəbhə açmağa çağırıb
Hazırda oxunan: Rusiyalı deputat Qərbi Ukraynada nasistlərə qarşı ikinci cəbhə açmağa çağırıb
211431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.