İctimai nəqliyyatda aylıq kartlar istifadəyə VERİLƏCƏK? – MÜHÜM AÇIQLAMA

İctimai nəqliyyatda aylıq kartlar istifadəyə VERİLƏCƏK? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: İctimai nəqliyyatda aylıq kartlar istifadəyə VERİLƏCƏK? – MÜHÜM AÇIQLAMA

211164

Yeni tədris ilinin başlanması insanların qayğılarını xeyli artırır. Artan qayğılardan biri də ictimai nəqliyyatın kifayət qədər əlçatan olmamasıdır. İnsanlar bəzən saatlarla tıxacda qalır, mənzil başına vaxtında çata bilmirlər. Ən pisi də odur ki, bu sahədə vəziyyət ilbəil gərginləşir

Bəs, ictimai nəqliyyatın əlçatanlığı üçün daha hansı tədbirlər görülməlidir?

Belə vəziyyətdə ilk ağıla gələn beynəlxalq təcrübədir. Çünki, meqapolislərdə ictimai nəqliyyatın normal hərəkətini müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də ictimai nəqliyyata olan marağı artırmaq üçün təşviq metodlarıdır. Çünki ictimai nəqliyyata marağın artması alternativ nəqliyyat vasitələrindən imtina deməkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

"BakıKart"ın rəhbəri DƏYİŞDİ


Bir çox ölkələrdə ictimai nəqliyyatdan istifadənin təşviqi üçün xüsusi kampaniyalar keçirilir. 

Məsələn, inkişaf etmiş ölkələrdə saatlıq, bir günlük, 3 günlük, 1 aylıq, 6 aylıq, 1 illik gediş biletləri mövcuddur. Bundan əlavə, bəzi ölkələrdə şagirdlərə, tələbələrə, o cümlədən sosial həssas qruplara da əlavə güzəştlər tətbiq olunur

Amma bizdə bu cür güzəştlər təəssüf ki, yoxdur.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ictimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir:

“Etiraf etmək lazımdır ki, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib. Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzun müddətli islahatlar tələb edən sektordur.

Əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı”. 

“Bu şəxslərə güzəşt edilməsinə ehtiyac var”

Müsahibimiz hesab edir ki, tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər:

“Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. 

İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq.

Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. 

Bir sıra ölkələrdə mövsümi güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən sərmayə imkanlarını da artıra bilər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO