Azərbaycanda insanlar dəri problemlərinin həll olunmamasından və dermotoloqların məlumatsızlığından şikayətlənirlər. Əsasən də üzə qulluqda bir çox səhvlər edilir. Bu da özlüyündə daha ciddi problemlərə səbəb ola bilir. Hazırda sosial şəbəkələrdə də hər ağızdan bir avaz eşidilir. Üzə qulluqla bağlı peşəkar dermotoloq olmayanlar, bəzən sadə vətəndaşlar fərziyyələr irəli sürürlər. Bu da insanların fikrini qarışdırır.
Akne problemi
Dermotoloq Ramil Qocayev Bizim.Media-ya üzə qulluq zamanı edilən səhvlərdən danışıb.
“İnsanlar çox vaxt qeyri-professional dermotoloqlara üz tuturlar. Bu cür dermotoloqlar xəstəliyi bilmirlər, aidiyyatı üzrə dərinin quruluşunun qalınlığını, ümumiyyətlə daxili orqanları bilməyərək üzə qulluqla məşğul olurlar. Nəticədə dərinin quruluşuna görə müəyyən səhvlər, problemlər yaranır. Akne problemini yaşayan insanlar çoxdur. Çox təəssüf ki, bəzi həkimlər bundan sui-istifadə edərək müxtəlif prosedurlara dəvət edib qısa müddətlik nəticə göstərirlər. İnsanlar da səhlənkarlıq edir, qidalara diqqət etmirlər, deyilənlərə düzgün əməl etmirlər. Dermotoloji problemlər də, ekoloji faktorlar da var. Problem ondadır ki, insanlar həkimə gec müraciət edirlər. Həm də “dermotoloji xəstəliklərin hamısı sağalır” deyə bir anlayış yoxdur”.
“Dermotoloji xəstəliklərin 70 faizi sağalmır”
Ramil Qocayev bildirib ki, dermotoloji xəstəliklərin 60-70 faizi tam sağalmır.
“Çünki o, səbəbi çox olan xəstəliklər qrupuna aiddir. Dermotologiyada 2000-dən çox xəstəlik var, amma bunların 60 faizi dermotoloji deyil, başqa orqanların problemləridir. Ona görə də, dermotoloqlar bəzi xəstəliklərin xroniki olması ilə bağlı xəstəyə məlumat verməlidirlər”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 11.09.2024
2000-dən çox dermotoloji XƏSTƏLİK – Üzə qulluqda nələri BİLMƏLİYİK?
Hazırda oxunan: 2000-dən çox dermotoloji XƏSTƏLİK – Üzə qulluqda nələri BİLMƏLİYİK?
Hazırda oxunan: 2000-dən çox dermotoloji XƏSTƏLİK – Üzə qulluqda nələri BİLMƏLİYİK?
211013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.