Rus politoloqlar: “Zəngəzur dəhlizinin İranın ərazi bütövlüyünə aidiyyəti yoxdur” – ÖZƏL

Rus politoloqlar: “Zəngəzur dəhlizinin İranın ərazi bütövlüyünə aidiyyəti yoxdur” – ÖZƏL

Hazırda oxunan: Rus politoloqlar: “Zəngəzur dəhlizinin İranın ərazi bütövlüyünə aidiyyəti yoxdur” – ÖZƏL

210981

“Zəngəzur dəhlizinin açılması, həqiqətən də, müxtəlif ərzaq məhsullarının daşınmasının artmasına və yeni logistik marşrutların yaradılmasına kömək edir. İranın bu marşrutda iştirakı Tehranın özünə də sərfəli olacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Zəngəzur FOBİYASI – Tehran “qırmızı xəttinə” görə dostları ilə DÜŞMƏN OLACAQ?

 

Rusiya ilə İran arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqlarını şərh edən politoloq, İranın dəhlizə qarşı olmasının ona zərər verəcəyini və dəhlizin reallaşması üçün əsas söz sahibinin Azərbaycan və Ermənistan olduğunu bildirib.

İran seçim qarşısında

“Amma indi İranın qarşısında dilemma var: o, Ermənistanla, yoxsa Rusiya və Azərbaycanla əməkdaşlığa üstünlük verəcək? Baxmayaraq ki, tarixən biz hər şeyi bilirik. İranla Azərbaycan arasında münasibətlər o qədər də güclü deyil. Rusiya ilə İranın münasibətləri də situativ xarakter daşıyır. Ona görə də İran indiyə qədər Ermənistanın xeyrinə yaxşılıq edir.

O da mümkündür ki, İran regionda mühüm əsas ticarət və iqtisadi oyunçu olmaq istəyir. Hazırda Şimal-Cənub dəmir yolu xətti tikildiyi üçün Tehran logistik marşrutların öz ərazisindən keçməsini istəyir. Bunları birləşdirən Zəngəzur dəhlizi ilk növbədə Rusiya, Azərbaycan, Türkiyə üçün faydalıdır”, - deyə D.Qrevtsova deyib.

Daria Qrevtsova İranın iqtisadi inkişafı üçün də Zəngəzur dəhlizini önəmli hesab edir.

“Əgər Zəngəzur dəhlizi sanksiyaya məruz qalan malların daşınmasına kömək edərsə, Rusiya və Azərbaycanın şərtləri ilə bu dəhlizin açılmasından İran da faydalanacaq. İran kifayət qədər hiyləgər oyunçudur və ilk növbədə özü üçün mənfəət axtarır. Müvafiq olaraq, Rusiya və Azərbaycan sadəcə olaraq İranı əməkdaşlığın nə qədər sərfəli olacağına inandırmalıdır”, - deyə politoloq bildirib.

“Zəngəzurun İranın ərazi bütövlüyünə aidiyyəti yoxdur”

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin də hesab edir ki, İran-Rusiya münasibətlərində müəyyən məsələlər sual altındadır:

“Zəngəzur dəhlizinin açılıb-açılmamasının İranın ərazi bütövlüyünə heç bir aidiyyəti yoxdur. Ona görə də mən əminəm ki, burada proses böyük diplomatiya səviyyəsində gedir. Burada yeni iqtisadi modellər qurmaq lazımdır. Bu baxımdan Zəngəzur dəhlizinin önəmi artır. Düşünürəm ki, yaxın vaxtlarda dəhlizin açılması üçün sənədlər imzalanacaq”, - deyə A.Bredixin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO