Yeddi yaşlı qızını kirayədə qaldığı evdə dəmir parçası ilə döyən Qusar rayon sakini Səyyarə Yaqubovanın psixi durumu var. Qadın indiyəcən nevroloji xəstəxanada qeydiyyatda olmayıb.
O, Qubanın Zərdabi qəsəbəsindəki rayonlararası nevroloji dispanserə yerləşdirilib.
Məlumatı Bizim.Media-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiqləyib.
O, faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma getdiyini deyib.
Xəsarət alan 7 yaşlı qız Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicə olunur.
Ailənin digər uşaqları isə atasının himayəsinə verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu