"Google" qeydiyyat üçün Rusiya telefon nömrələrindən istifadə edən hesabların yaradılmasını qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Exploit" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Rusiya telefon nömrəsindən istifadə edərək yeni hesabı təsdiq etməyə çalışarkən xəta mesajı görünür.
"Bu nömrə təsdiq üçün istifadə edilə bilməz", - mesajda deyilir.
Hələ iyun ayında məlum olub ki, ABŞ şirkətlərə və şəxslərə Rusiyada bəzi İT xidmətləri göstərməyi qadağan edib. Bildirilib ki, informasiya texnologiyaları sahəsində İT dəstək xidmətləri və ya bulud xidmətləri, həmçinin konsaltinq xidmətləri və dizayn təklifləri qadağan edilib.
Qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər sentyabrın 12-dən qüvvəyə minəcək.
Bizim.Media