Qubanın ucqar dağ kəndi Adur kəndində yeni körpü istifadəyə verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilib və bir ay müddətində hazır olub.
Quba 11 saylı Xüsusi Təyinatlı yol istismar idarəsinin rəisi Hikmət Seyidov bildirib ki, bu ilin iyun ayında bölgədə müşahidə edilən güclü sel Adur kənd yolunu bərbad və keçilməz hala salmışdı.
Açılış mərasimində qurumun və yerli icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Qeyd edək ki, bu, ərazidə inşa edilərn ilk körpüdür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu