Bayden gözlənilmədən Kiyevdə peyda oldu – O, hansı mesajla gəlib?

Bayden gözlənilmədən Kiyevdə peyda oldu – O, hansı mesajla gəlib?

Hazırda oxunan: Bayden gözlənilmədən Kiyevdə peyda oldu – O, hansı mesajla gəlib?

210603

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən səfər üç əsas məqamı özündə əks etdirir:

 

“Birincisi, ABŞ Ukraynaya siyasi-hərbi dəstəyi davam etdirəcək - bura ağır silahlar və aviasiya da daxildir. İkinci məqsəd Avropanı tam olaraq Ukraynaya dəstək verməyə sövq etməkdir. Üçüncüsü, Ukraynanı axıra kimi döyüşməyə ruhlandıraraq Krımı da işğaldan azad etmək hədəfidir. Bununla da müharibənin yeni mərhələsi başlayacaq”.

 

Ekspert qeyd edib ki, müharibənin taleyi bundan sonra bəlli olacaq:

 

“Xatırladım ki, Rusiya prezidenti Vladimir Putinin də Federasiya şurasına müraciəti olacaq. Bayden Putini qabaqlayaraq ona Ukrayna ilə bağlı mesajını verdi. Bu səfər Moskva üçün arzuolunmazdır və Kreml bunu gözləmirdi”.

 

Günay Rəsulqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO