Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 21 nəfər saxlanılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında onun valideynləri və qardaşı da var.
Şübhəlilərin dindirilməsi davam edir.
MÖVZU İLƏ BAĞLI:
“Ərdoğan 8 yaşlı uşağın istintaqını yaxından izləyir” - Fahrettin Altun
Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.
Onu da bildirək ki, hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.
Bizim.Media