Polis və hərbçilərin nəqliyyatdan istifadəsi pulsuz olsun - TƏKLİF

Polis və hərbçilərin nəqliyyatdan istifadəsi pulsuz olsun - TƏKLİF

Hazırda oxunan: Polis və hərbçilərin nəqliyyatdan istifadəsi pulsuz olsun - TƏKLİF

2105

“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir:

“Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir.

Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO