“Şuşa qısa zamanda öz doğma sakinlərini qarşılayacaq” - Millət vəkili doğma şəhərdən hisslərini bölüşüb

“Şuşa qısa zamanda öz doğma sakinlərini qarşılayacaq” - Millət vəkili doğma şəhərdən hisslərini bölüşüb

Hazırda oxunan: “Şuşa qısa zamanda öz doğma sakinlərini qarşılayacaq” - Millət vəkili doğma şəhərdən hisslərini bölüşüb

21041

“Uzun illərdən sonra, dünən ilk dəfə azad, əziz Şuşamıza səfər edə bildim. Doğma yurdumuzu yenidən azad görmək əvəzolunmaz hissdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib:

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Şuşanın işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixində xüsusi yerə sahibdir. Şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu”.

Millət vəkili qeyd edir ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Şuşa da erməni vandalizminə məruz qalıb, tarixi, mədəni abidələrimiz dağıdılıb:

“Bu görüntülər bizi sarsıtsa da, Şuşanın əzəmətliyi, əyilməzliyi bizə böyük qürur hissi yaşadır. Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri, bərpa, yenidənqurma işlərinə start verilməsi isə bu topraqlarımıza yeni nəfəs, yeni ruh verməkdədir. Əminəm ki, mədəniyyət paytaxtımız olan Şuşa ən qısa zamanda öz doğma sakinlərini qarşılayaraq, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO