Yevlaxda müəllimlərin 53 min manatdan çox əməkhaqqını mənimsəməkdə təqsirləndirilən rayonun Qaraməmmədli kənd tam orta məktəbinin sabiq direktoru Rəşad Əsədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəşad Əsədov 2 il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İstintaqla 2019-cu il martın 4-dən 2022-ci il noyabrın 10-dək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əməkhaqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən olunub.
Rəşad Əsədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 05.09.2024
Müəllimlərin əməkhaqlarını mənimsəyən DİREKTORA elektron qolbaq taxıldı
Hazırda oxunan: Müəllimlərin əməkhaqlarını mənimsəyən DİREKTORA elektron qolbaq taxıldı
Hazırda oxunan: Müəllimlərin əməkhaqlarını mənimsəyən DİREKTORA elektron qolbaq taxıldı
210106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.