Rusiyada daha bir general SAXLANILDI

Rusiyada daha bir general SAXLANILDI

Hazırda oxunan: Rusiyada daha bir general SAXLANILDI

209655

Rusiyada Leninqrad Hərbi Dairəsi komandirinin müavini Valeri Mumincanov saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

O, 20 milyon rubldan çox rüşvət almaqda ittiham olunur.

İstintaqla müəyyən edilib ki, general M.Mümincanov Rusiya Müdafiə Nazirliyinin Resurslarla təminat idarəsinin rəisi vəzifəsini tutub və hərbi qulluqçuların, o cümlədən Şimal Hərbi Dairəsi zonasında geyim təchizatına cavabdeh olub. O, kommersiya firmalarından biri ilə müqavilənin bağlanmasına şərait yaratdığı üçün rüşvət alıb. Onun və qohumlarının Moskva və Voronejdə dəyəri 120 milyon rubldan çox olan çoxlu daşınmaz əmlaka sahib olduğu müəyyən edilib.
Mumincanov bundan əvvəl Voronejdəki 20-ci Ordunun maddi təminat briqadasının geyim xidmətinin rəisi, həmçinin Boquçardakı 10-cu tank diviziyasının geyim xidmətinin rəisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO