1993-cü ilin bu günüdə Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Azərbaycanın bu quruma üzvlüyü sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşib.
Bəs, sentyabrın 3-də dünyada daha hansı hadisələr baş verib?
1. 3 sentyabr 1260-cı ildə Məmlük ordusu monqolları Əyn Cəllud müharibəsində məğlub edərək onların cənuba yayılmasının qarşısını aldı.
2. 3 sentyabr 1683-cü ildə Osmanlı ordusunun 2-ci Vyana mühasirəsi uğursuzluqla nəticələndi və Osmanlının qərbə doğru irəliləməsi başa çatdı.
3. 3 sentyabr 1783-cü ildə Böyük Britaniya Parisdə imzalanan müqavilə ilə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.
4. 3 sentyabr 1878-ci ildə İngiltərədə Temza çayında başqa gəmi ilə toqquşan sərnişin gəmisi batdı, 640 nəfər öldü.
5. 3 sentyabr 1939-cu ildə Almaniyanın Polşaya hücumundan sonra Fransa, Böyük Britaniya, Yeni Zelandiya və Avstraliya, Almaniyaya müharibə elan etdilər.
6. 3 sentyabr 1962-ci ildə İranın Gəzvin ostanında baş verən zəlzələdə 12 min 225 insan həlak oldu, 21 minə yaxın evə zərər dəydi.
7. 3 sentyabr 1997-ci ildə Vyetnam hava yollarına aid sərnişin təyyarəsi Pnompen hava limanına yaxınlaşarkən qəzaya uğradı, 64 nəfər həlak oldu.
8. 3 sentyabr 2004-cü ildə Şimali Osetiyanın Beslan qəsəbəsindəki bir məktəbdə 3 gün davam edən girov böhranına Rusiya silahlı qüvvələrinin xüsusi bölmələri müdaxilə etdi. Qarşıdurma nəticəsində əksəriyyəti uşaq və müəllimlərdən ibarət 376 nəfər həlak oldu, 800 nəfər yaralandı.
9. 2008-ci ilin bu günündə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya səfər edib. Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət, iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.
Sentyabrın 3-də bu şəxsiyyətlər xatırlanır:
1. 3 sentyabr 1931-ci ildə Xalq rəssamı, professor Oqtay Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
2. 3 sentyabr 1951-ci ildə görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.
3. 3 sentyabr 2021-ci ildə Xalq rəssamı, heykəltəraş Arif Qazıyev (2.1.1937 – 2021) vəfat edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
4. 3 sentyabr 2022-ci ildə Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş Məmmədzadə (2.10.1935 – 2022) vəfat edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 03.09.2024
BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş mühüm hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş mühüm hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş mühüm hadisələr
209647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.