Prezident Kəlbəcər şəhərində inzibati binanın təməlini qoydu - FOTO

Prezident Kəlbəcər şəhərində inzibati binanın təməlini qoydu - FOTO

Hazırda oxunan: Prezident Kəlbəcər şəhərində inzibati binanın təməlini qoydu - FOTO

209595

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoyub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO